Davamlı inkişaf haqqında hesabatlar
Bizim Davamlı inkişaf haqqında hesabatlarımız şirkətimizin iqtisadi, ekoloji və sosial nəticələri, eləcə də korporativ idarəetmə və biznesin həyata keçirilməsinə yanaşmamız haqqında məlumatların əsas mənbələridir.
Beynəlxalq enerji xidmətləri göstərən şirkət kimi Nobel Energy fəaliyyət göstərdiyi ölkələrin sosial-iqtisadi inkişafına müsbət töhfələr vermək, eləcə də sənaye və ekoloji təhlükəsizlik, korporativ idarəetmə və sosial məsuliyyət standartlarına riayət etmək öhdəliyinə sadiqdir.
Əməkdaşlarımız üçün təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi və ətraf mühitə təsirin minimuma endirilməsi bizim üçün əsas prioritetlərimizdən biri olaraq qalır. Biz qəzasız əməliyyatlara, işçilərə təhlükəsiz iş mühitinin təmin edilməsinə və maraqlı tərəflərin sağlamlığının qorunmasına görə məsuliyyətimizi anlayır və qeyd-şərtsiz qəbul edirik.
Ətraf mühit
Şirkətin ekoloji risklərinin idarə edilməsi bizim idarəetmə sistemimizin tərkib hissələrindən biridir. Fəaliyyətimizi həyata keçirərkən, biz, ekoloji riskləri və imkanları aşkarlamaq, onları layihələrin icrası prosesinin gedişatında nəzərə almaq və müntəzəm monitorinq vasitəsilə idarə etmək üçün təklif mərhələsində mövcud qanunvericilikdə və normativ aktların tələblərində edilmiş dəyişiklikləri daim təhlil edirik.
İnsan resurslarının idarə edilməsi Nobel Energy və onun törəmə şirkətlərinin insan resursları şöbələrinin səlahiyyətindədir və illik tədbirlər planları ilə tənzimlənir. Bizim fəaliyyətimiz Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Bizim strateji məqsədlərdən biri də müxtəlif sosial və xeyriyyə proqramları vasitəsilə fəaliyyət göstərdiyimiz regionların inkişafını və sosial-iqtisadi dayanıqlığını dəstəkləməkdir.
Etika və tələblərə uyğunluq
Maraqlı tərəflərlə qarşılıqlı əlaqələri saxlamaq üçün biz öz biznesimizi qanun çərçivəsində, vicdanlı və etik prinsiplər əsasında qururuq. Bu tələblərə riayət olunmasını davamlı inkişaf sahəsində fəaliyyətimizin əsası hesab edirik.